"Əgər Yamal şəxsi həyatında layiqincə davranmasa, uzun müddət davam gətirə bilməyəcək" - İspaniya yığmasının sabiq baş məşqçisi

00:24 - 15 Noyabr 2025

İspaniya milli komandasının sabiq baş məşqçisi Xavyer Klemente “Barselona”nın kanadı Lamin Yamal barədə fikirlərini bölüşüb.

Sportal.az xəıbər verir ki, Klemente bunları qeyd edib:

“O, futbolçu kimi çox yaxşıdır, amma şəxsi həyatında layiqincə davranmasa, uzun müddət davam gətirə bilməyəcək. Bu açıq-aşkar görünür. Klub buna imkan verə bilməz. Rəqiblər bilirlər ki, o, oyun verməməli olduğunuz futbolçulardandır, çünki çox istedadlıdır və böyük işlər görə bilir. Lamin meydanda möhtəşəm hərəkətlər edir, amma rəqiblər artıq onun oyun tərzini, necə izlənməli olduğunu bilirlər. O, çox diqqətli nəzarət altında olacaq".

Xəbər xətti