"Yuventus" “Qalatasaray”ın futbolçusu Mario Leminanı icarəyə götürməyi planlaşdırır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “qoca sinyora” 32 yaşlı yarımmüdafiəçi üçün İstanbul klubuna müraciət edib.
"Qalatasaray"ın bu keçidə razılıq verib-verməyəcəyi dekabrda dəqiqləşəcək. Leminanın Türkiyə çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qabon millisinin üzvü karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Southempton”, “Fulhem”, “Nitsa”, “Vulverhempton” klublarında çıxış edib.
