"Sumqayıt" Anqoladan gətirdiyi müdafiəçini komandada saxlayacaq

14:22 - 7 Dekabr 2025

"Sumqayıt" legionerlərdən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, “kimyaçılar” Pedro Pintonu komandada saxlamaq istəyir.

Komandaya bu yay gələn portuqal müdafiəçi özünü sübut etdiyi üçün “Sumqayıt” onunla işbirliyini davam etdirmək niyyətindədir.

31 yaşlı futbolçu “Leykşoeş”, “Setubal”, “Aruka” klublarında oynamışdı.

O, Azərbaycana gəlməmişdən Anqolanın "Petro Luanda" komandasının formasını geyinmişdi.

Xəbər xətti