"Beşiktaş" İngiltərə millisinin sabiq üzvünü gətirir

14:49 - 7 Dekabr 2025

"Beşiktaş" heyətini gücləndirməkdə israrlıdır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun əsas hədəfi “Mançester Yunayted” və İngiltərə millisinin sabiq forvardı Cessi Linqarddır.

Dekabrın 31-də “Seul”la müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu azad agent statusuna yiyələnəcək. “Beşiktaş” da məhz qış “transfer pəncərəsi” zamanı ingilislə 1,6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Cesse Linqard 2024-cü ilin fevral ayından "Seul"da çıxış edirdi.

İngiltərə millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 66 rəsmi matçda 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
 

Xəbər xətti