"Bavariya"nın forvardı: "Sonradan meydana daxil olmaq adət etmədiyim gedişatdır"

19:48 - 7 Dekabr 2025

"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn Bundesliqanın 13-cü turunun "Ştutqart"la (5:0) oyununda əvəzetmədən meydana çıxması və het-trik etməsi ilə bağlı danışıb.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, ingilis hücumçu 60-cı dəqiqədən sonra üç qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub:

"Bu, mənim adət etmədiyim gedişatdır. Adətən start heyətində meydana çıxıram. Amma bu mövsüm bir neçə dəfə belə olub. Baş məşqçi mənim təravətli qalmağımı və enerjimi qorumağımı istəyirdi. Matçın 60-cı dəqiqəsindən sonra komanda yoldaşlarımla meydana çıxdım və bu boşluqdan istifadə edib qol vura bildik. Həftə ortasında kubok matçında çətin mübarizə apardıq və liqanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynadıq, amma son yarım saatda daha güclü göründük və onları cəzalandırdıq".

Qeyd edək ki, 2025/2026 mövsümündə Keyn "Bavariya"nın heyətində bütün yarışlarda 22 oyun keçirib, 28 qol vurub və üç məhsuldar ötürmə edib. 

Xəbər xətti