Psixoloji problemlərlə üzləşən futbolçu İsrailə getdi

20:40 - 9 Dekabr 2025

"Barselona"nın müdafiəçisi Ronald Arauxo psixoloji problemlərlə üzləşdikdən sonra xristianlar üçün müqəddəs sayılan məkanları ziyarət etmək məqsədilə İsrailə yollanıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu daha əvvəl klubdan mənəvi tarazlığını bərpa etmək üçün ona vaxt ayrılmasını xahiş etmişdi. Arauxo bir neçə dəfə yüksək narahatlıq tutmaları keçirib və emosional baxımdan tükənmiş vəziyyətdədir.

Uruqvaylı mərkəz müdafiəçisi mənəvi dəstək tapmaq ümidi ilə Qüdsə səfər edib. O, Bibliyaya əsasən İsa Məsihin son günlərini keçirdiyi, xristianlar üçün müqəddəs hesab olunan məkanları ziyarət edəcək.

Qeyd edək ki, Ronald Arauxo UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Çelsi" ilə oyununda (0:3) qırmızı vərəqə aldıqdan sonra azarkeşlərin sərt reaksiyası ilə üzləşib. Futbolçu həmin vaxtdan depressiyaya düşüb. O, komandanın məşqlərinə qatılmır.

Xəbər xətti