"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında komandaların qarşılaşması öncəsi "Real"ın çalışdırıcısı Xabi Alonsonu dəstəkləyib.
Sportal.az xəbər verir ki, daha öncə yayılan məlumatda "Real" Mançester Siti" ilə oyunda uğursuzluq olsa, Alonsonu istefaya göndərə bilər, baş məşqçi ilə futbolçular arasında münasibətlər korlanıb. Xabinin əsas əvəzləyici namizədləri Zinəddin Zidan və Yurgen Kloppdur. Alvaro Arbeloa da "kral klubu"nun qısa siyahısındadır. "Real" "Selta"ya 0:2 hesabı ilə uduzduqdan sonra La Liqa cədvəlində "Barselona"dan 4 xal geri qalıb.
– Sizi təəccübləndirir ki, sabah Xabinin işi təhlükə altında ola bilər?
– Xeyr... Siz məndən Xabinin gələcəyi barədə soruşursunuz, mən isə ona yalnız ən yaxşısını arzulayıram, çünki ona böyük hörmətim var. Amma cavabı bilmirəm. Siz vəziyyəti bilirsiniz, mən buralardan uzaqdayam və burada yaşamıram. "Barselona" və "Real" təzyiq və atmosferə görə məşqçi üçün ən çətin klublardır. Mövsüm ağır keçir və hər şey qələbələr ətrafında fırlanır... Qalib gəlməyəndə isə nələrin baş verdiyini bilirsiniz. Ötən mövsüm mənim də başıma gəldi. Amma Xabi bu vəziyyətdən çıxmağı bacaracaq.
– Alonsoya hansı məsləhəti verərdiniz?
– Öz işini görsün. Hər şey yaxşı olacaq, görərsiniz.
– Xabinin rəhbərlik etdiyi bu "Real"ı sizin komandanızla müqayisə etmək olar?
– Heç bir komanda mənim komandamla müqayisə oluna bilməz, mənim komandalarım gülcü təsir bağışlayır (göz vurur və gülümsəyir). Hər bir komanda unikaldır.
İdmanda daim inkişaf etmək lazımdır, addım-addım. Müxtəlif mərhələlər var. Mövsüm ərzində inkişaf edənlər qalib gəlirlər." – deyə Qvardiola bildirib.
saytlarin hazirlanmasi
