"Qarabağ"dan ikinci transfer, "Yurqorden"in forvardı ilə anlaşdılar

18:26 - 24 May 2026

"Qarabağ" ikinci transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə dünyaya gələn Qambiya əsilli Zakaria Savo ilə anlaşıb.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək klub Savonun keçidini sosial şəbəkədə videoçarxla təqdim edib.

O, "Yuqroden"ə məxsus olsa da, AEL(Limasol) klubunda icarə əsasında oynayıb.

"Qarabağ" Savo üçün "Yurqorden"ə təzminat ödəyib.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Jali Muaddibi heyətinəqatmışdı. 

Xəbər xətti