"Mançester Yunayted"in futbolçusundan Premyer Liqa rekordu - 21 asistlə

20:31 - 24 May 2026

Bruno Fernandes İngiltərə Premyer Liqasının rekordçusu olub.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" komandasının yarımmüdafiəçisi çempionatın son turunda "Brayton" ilə oyunda Patrik Dorqun qoluna assist edib. Portuqaliyalı futbolçu künc zərbəsindən ötürmə verib, komanda yoldaşı isə 33-cü dəqiqədə başla dəqiq zərbə vurub.

Bu, “qırmızı şeytanlar" kapitanının cari Premyer Liqa mövsümündə etdiyi 21-ci məhsuldar ötürmə olub. O, hərəyə 20 assisti olan Tierri Anri və Kevin De Bruyne rekordunu geridə qoyub.

Xəbər xətti