"Çelsi" avrokuboklara vəsiqə qazana bilmədi - son 3 mövsümdəki ən pis nəticə

21:55 - 24 May 2026

"Çelsi" gələn mövsüm yalnız İngiltərə daxili turnirlərində çıxış edəcək.

Sportal.az xəbər verir ki, London klubu Premyer Liqanın son turunda "Sanderlend"ə 1:2 hesabı ilə məğlub olub və 10-cu yeri tutaraq avrokuboklara vəsiqə qazana bilməyib.

Bu, “zadəganlar”ın son üç mövsümdəki ən pis nəticəsi olub. Komanda ötən mövsüm 4-cü, ondan əvvəlki mövsüm isə 6-cı yeri tutmuşdu. 2022/23 mövsümündə isə "Çelsi" çempionatı 12-ci pillədə başa vurmuşdu.

Xəbər xətti