Türkiyə Super Liqasına yüksələn 3-cü komanda da bəlli oldu - tarixlərində ilk dəfə

23:19 - 24 May 2026

Türkiyə 1-ci Liqasının pley-off finalında "Çorum" ilə "Esenler Erokspor" komandaları Medaş Konya Büyükşehir Stadium stadionunda üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, "Çorum" rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə "Çorum" pley-off finalını udaraq üst liqaya yüksəlib və tarixində ilk dəfə gələn mövsüm Türkiyə Super Liqasında çıxış edəcək.

Qeyd edək ki, "Çorum" "Ərzurumspor" və "Amedspor" ilə birlikdə növbəti mövsümdə Super Liqada çıxış edəcək.

Xəbər xətti