"Deportivo" 2018-ci ildən sonra ilk dəfə La Liqada çıxış edəcək.
Sportal.az xəbər verir ki, komanda Segundada 41-ci turda "Valyadolid" üzərində 2:0 hesablı qələbə qazanaraq turnir cədvəlində ikinci pilləni möhkəmləndirib. “Deportivo” 77 xal toplayıb və üçüncü yerdəki "Almeríya"dan (71 xal) geri düşməyəcək.
Beləliklə, La Korunya təmsilçisi 2026/27 mövsümündə La Liqada oynamaq hüququ qazanıb. Klub 2017/18 mövsümündə elitadan düşdükdən sonra La Liqada çıxış etmirdi və 2020–2024 illəri arasında hətta üçüncü divizionda da oynayıb.
saytlarin hazirlanmasi
