Mbappe: "Fransa millisinin məqsədi dünya çempionu olmaqdır"

12:51 - 9 İyun 2026

Fransa millisinin hücumçusu Kilian Mbappe milli komandanın qarşıdan gələn 2026-cı il Dünya Kuboku üçün hədəfini açıqlayıb. 

Sportal.az “Actu Foot”a istinadən xəbər verir ki, hücumçunun sözlərinə görə, Fransa millisinin əsas məqsədi turniri qazanmaqdır:

"Fransa millisinin məqsədi dünya çempionu olmaqdır. Yarımfinaldan necə danışa biləcəyimizi başa düşmürəm. Əgər məqsəd yarımfinala çıxmaqdırsa, yarımfinala çatan kimi təslim olub evə getməliyik? Xeyr! Məqsəd Dünya Kubokunu qazanmaqdır. Bu, hər kəsin arzusudur. Ora gedən hər komanda qalib gəlmək istəyir. Fransa yarımfinala çıxsa, məqsədimizə çatdığımızı deməyəcəyik".

Qeyd edək ki, Fransa millisi DÇ-2026-da İ qrupunda Norveç, Seneqal və İraqla mübarizə aparacaq.
 

Xəbər xətti