Milli komandamızın forvardı İspaniyaya yollanıb

14:00 - 9 İyun 2026

Azərbaycan milli komandasının futbolçusu Xəyal Əliyev düşərgədən ayrılıb.

Sportal.az xəbər verir ki, o, müalicə üçün İspaniyanın paytaxtı Madridə yollanıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, millimizin hücumçusu Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına(0:2) qarşı keçirilən yoldaşlıq görüşündə zədələnmişdi. 

Xəbər xətti