"Malta məğlubiyyətinin o qədər də önəmi yoxdur, baş məşqçinin heyəti qurmaq üçün öz planları var" MÜSAHİBƏ

14:54 - 9 İyun 2026

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ramin Quliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası Malta ilə yoxlama görüşündə məğlub oldu. Matçdan əvvəl hansı nəticənin olacağını ehtimal edirdiniz?

Bildiyimiz kimi, bunlar yoxlama oyunlarıdır və baş məşqçinin heyəti qurmaq üçün planları var. Bunları da məhz yoldaşlıq oyunlarında həyata keçirməlidir. Ona görə də bu məğlubiyyətin önəmi yoxdur.

- Milli komandanın ümumilikdə oyununu necə, bəyəndiniz? Ayxan Abbasov bildirdi ki, bu qədər qol epizodu yaratdığımız oyun xatırlamıram…

Milli Malta ilə görüşdə pis təsir bağışlamadı. Üstəlik, hələ komanda da öz oyun stilini oturtmaq üçün zaman lazımdır. Bəli, qol imkanlarımız oldu. Lakin millini daha yaxşı çıxışını istəyirik və bu da olacaq. Sadəcə tələsmək lazım deyil.

- Ən çox diqqətçəkən futbolçuları, oyun praktikasından əziyyə çəkən Elvin Cəfərquliyev idi. Onun durumu haqda nə düşünürsünüz? Mahir Emreli də klubunda çox oynamadı. Bu iki futbolçu da daim oynayacağı kluba keçsə, daha yaxşıdır?

Bəli, bu aralar Elvinlə bağlı çox söhbətlər oldu. Artıq hər şeyi kənara qoyub, futbola fokuslanmalıdır. Bu oyunu oynamaq üçün yetərincə təcrübəsi var. Amma artıq klubla bağlı işlərini yoluna qoymalıdır və oynamalıdır. İstər Elvin, istərsə də Mahir Emreli klubunda daim oynamalıdır. Çünki oyun praktikası hər şeydən önəmlidir. İnanıram ki, hər iki futbolçu bu məsələni yoluna qoyacaq.

- Millimiz bu gün San Marinonu önünə çıxacaq. Rəqib çox zəif görünür. Onları son dəfə Bakıda da məğlub etmişik. Səncə, bu gün qalibiyyət olacaq?

⁠Bir daha təkrar edirəm, rəqibin kimliyindən asılı olmayaraq, Ayxan müəllimin qarşısında heyəti formalaşdırmaq durmalıdır. Bu oyunlar ona imkan verir ki, əsas heyəti qursun. İnanıram ki, bu gün meydandan qalib ayrılacağıq.

- Hazırkı milli Millətlər Liqasında Litva və Lixtenşteyn görüşlərində uğur qazana biləcək inamını verir?

⁠Bəli, millimiz bu potensiala malikdir. Komandamız hətta bundan da artığına qadirdir. 

- Yeri gəlmişkən, Malta ilə görüşdə baş verən hadisəyə görə, Abdulla Xaybullayev və Anton Krivotsyuk millidən uzaqlaşdırıldılar. Ayxan Abbasov bildirib ki, bu, yalnız Avstriya toplanışına aiddir…

Heç bir məşqçi futbolçunu itirmək istəmir. Bəli, belə hərəkətlər xoş deyil. Amma o oyunçularımızı da itirə bilmərik. Fikrimcə, Ayxan müəllim doğru qərar verib. İnanıram ki bundan nəticə çıxararlar.

Mirbağırağa
 

Xəbər xətti