Tevez: "Premyer Liqaya nisbətən burada daha çox çalışmalıyam"

04:57 - 13 İyul 2013

Argentinalı futbolçu "Yuventus"dakı karyerasından danışdı

 

"Yuventus"un yeni transferi Karlos Tevez klubundakı hazırkı vəziyyəti ilə bağlı mətbuata açıqlama verib. Sportal.az xəbər verir ki, burada daha çox çalışmalı olduğunu deyən 29 yaşlı futbolçu fikrini belə izah edib:

 

"Məşqlərə başladığım ilk gündən hiss etdim ki, Premyer Liqaya nisbətən burada daha çox çalışmalıyam. Azarkeşlərin istəkləri mənim üçün önəmlidir. Buraya çalışmaq üçün gəldim və İngiltərədəkindən daha çıx çalışacam. "

 

"Yuventus"da Del Pieronun geydiyi 10 nömrəli formanı daşıyacağı ilə bağlı da danışan argentinal hücumçu sözlərini belə tamlayıb:

 

"Bu mənim üçün hər hansı bir baskı yaratmır. Amma xüsusi biri olduğumu hiss etdirir".

 

Qeyd edək ki, "Yuventus" Tevezi "Mançester Siti" dən 12 milyon avroya transfer edib.

Xəbər xətti