"Neftçi" - "Skenderbeu" matçına biletləri hardan əldə etmək olar?

10:47 - 13 İyul 2013

Qiymətlər 2-20 manat arasında dəyişir
 
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Skenderbeu” qarşılaşmasının biletlərinin satışı davam edir.
 
Sportal.az xəbər verir ki, azarkeşlər artıq sabahdan etibarən biletləri “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindən də əldə edə bilərlər.Biletlərin qiyməti sektorlardan asılı olaraq 2-20 manat arasında dəyişir.
 
Biletlər həmçinin “Bakcell Arena”nın kassalarında da satılır.

Xəbər xətti