“Qaradağ Lökbatan” “Qarabağ”a qarşı

13:36 - 13 İyul 2013

Ağdam təmsilçisi "Piast"la oyunun hazırlığına start verdi

 

Avroliqanın II təsnifat mərhələsində təmsilçimiz  “Qarabağ” qarşılaşacağı Polşanın “Piast” komandası ilə oyuna hazırlıqlarına start verir.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Suraxanıdakı Tofiq İsmayılov adına stadionda  yoxlanış oyunu keçirəcək. Qurban Qurbanovun komandası I dəstənin iddialı klublarından sayılan  “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Qarşılaşma saat 19:00 baş tutacaq.

Xəbər xətti