"Xəzər Lənkəran", "Qarabağ" və "İnter"i Avroliqanın III mərhələsində kimlər gözləyir?

16:32 - 13 İyul 2013

Komandalarımızın rəqibləri hansı klublar ola bilər?
 
Avroliqanın I təsnifat mərhələsində müvafiq olaraq Makedoniyanın “Metallurq”, Finlandiyanın “Mariehamn” və Maltanın “Slima” klublarını mübarizədən kənarlaşdıran “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” artıq II mərhələnin oyunlarına hazırlaşırlar.
 
Hər üç klub bu səddi də keçə bilsə, III mərhələnin püşkatması zamanı onlardan biri ("Xəzər Lənkəran") səpələnmişlər, ikisi isə ("Qarabağ" və "İnter") səpələnməmişlər səbətində yer alacaq.
 
Cənub təmsilçisinin ikinci təsnifat mərhələsindəki rəqibi olan “Makkabi” (Hayfa, İsrail) UEFA reytinqində yuxarı mövqelərdədi. Məhz bunun sayəsində Con Toşakın bu rəqibini üstələsə, o zaman üçüncü təsnifat mərhələsində daha zəif kollektivlərin yer aldığı səpələnməmişlər səbətindəki klublardan biri ilə üz-üzə gələcək.
 
“Qarabağ”la “İnter”in isə həm özlərinin, həm də onların rəqiblərinin (müvafiq olaraq Polşa “Pyast”ı və Norveç “Tromse”si) UEFA-dakı reytinq xalı III təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer almağa imkan vermir.
 
Bu səbəbdən onlar mərhələ keçəcəkləri halda, səpələnməmişlər səbətində yer alacaqlar. Bu da güclü rəqiblərlə qarşılaşmaq deməkdi.
 
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 19-da keçiriləcək. Avropa Liqası III təsnifat mərhələsi "Xəzər Lənkəran"ın potensial rəqiblərindən 6-sı artıq bəllidi.
 
Onlar mübarizə birbaşa qoşulanlardı. Lənkəran klubunun digər rəqibləri ikinci təsnifat mərhələsində mübarizə aparan cütlüklərin qalibləri olacaqlar.
 
Səpələnməmişlər: “Asteras” (Yunanıstan), “Randers” (Danimarka), “Motervell” (Şotlandiya), “Kasımpaşa” (Türkiyə), “Yablonets” (Çexiya), “Hapoel” (Ramat-Qan, Usrail) "Qarabağ" və "İnter"in potensial rəqiblərindən isə 12-nin adı məlumdu. Bunlar birbaşa üçüncü təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Səpələnmişlər səbətində bu 12 klubla yanaşı ikinci təsnifat mərhələsində mübarizə aparan cütlüklərin qalibləri də yer alacaqlar. Səpələnmişlər: “Ştutqart” (Almaniya), “Sevilya” (İspaniya), “Udineze” (İtaliya), “Brügge” (Belçika), “Sent Etyenn” (Fransa), “Sürix” (İsveçrə), “Suonsi” (İngiltərə), “Rapid” (Avstriya), “Metallurq” (Donetsk, Ukrayna), “Eştoril” (Portuqaliya), “Vitess” (Hollandiya), “Kuban” (Rusiya) - See more at: http://futbolpress.az/v2/news-details/29930/#sthash.Dw4TDReq.ALl0A9Fm.dpuf

Xəbər xətti