"Qarabağ" növbəti yoxlama oyununu keçirdi

22:09 - 13 İyul 2013

Ağdam təmsilçisi rəqibi 2 qolla məğlub etdi

 

Bu gün yoxlama görüşü çərçivəsində "Qarabağ" "Qaradağ Lökbatan"la qarşılaşıb. Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibi 2:1 hesabı ilə məğlub edib. 

"Qarabağ"ın qollarını Muarem Muarem və Corc Leroy vurub. "Qaradağ Lökbatanın" yeganə qoluna isə Murad Ağakişiyev imza atıb.

 

Yoxlama oyunu

13 iyul

 

"Qarabağ" - "Qaradağ Lökbatan" - 2:1

Qollar: Muarem Muarem, Corc Leroy - Murad Ağakişiyev

Xəbər xətti