"Qalatasaray" ingilis klubunu 3 cavabsız qolla məğlub etdi VİDEO

22:23 - 13 İyul 2013

"Sarı-qırmızılar" yoxlama oyunlarına qalibiyyətlə başladı

 

Təlim - məşq toplanışını İngiltərədə davam etdirən "Qalatasaray" bu gün həmin ölkənin "Şreusberi Toun" klubu ilə yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu ilk hazırlıq matçında rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

Yoxlama oyunu

13 iyul

 

"Şreusberi Toun" - "Qalatasaray" - 0:3

Qollar: Əmrə Çolak, 4, Nordin Amrabat, 37, Uesli Sneyder, 86.

 

Xəbər xətti