"Makkabi" - "Xəzər Lənkəran" oyunu canlı yayımda

23:11 - 13 İyul 2013

Təmsilçimiz İsrail klubu ilə qarşılaşacaq

 

"Xəzər Lənkəran"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Makkabi" (Hayfa) ilə keçirəcəyi ilk oyun ölkəmizdə canlı yayımlanacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda İsraildə olan klubun nümayəndələri yayımın baş tutması üçün apardıqları danışıqları uğurla başa çatdırıblar.
 
Lakin hələlik oyunu canlı yayımlayacaq telekanalın adı açıqlanmayıb. 
 
Qeyd edək ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu iyulun 18-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti