"Barselona"nın ulduz futbolçusu "İnter"in hədəfində

00:28 - 14 İyul 2013

Fabreqas İtaliya A Seriyasında çıxış edə bilər 

 

"İnter" "Barselona"nın ulduz futbolçusu Sesk Fabreqası transfer hədəfinə alıb. Sportal.az xəbər verir ki, İtaliya klubu ispan hücumçunu heyətində görmək istəyir. 
 
İtaliya mətbuatının verdiyi məlumata görə, "Milan"ın yeni baş məşqçisi Ualter Mazzarrinin transfer siyahısında olan ən birinci oyunçunun məhz Fabregas olduğu bildirilir.
 
Qeyd edək ki, Fabreqasla "Arsenal" və "Mançester Yunayted" də maraqlanır. "Barselona" isə 26 yaşlı futbolçunun transferinə yalnız 40 milyon avro müqabilində icazə verəcəyini deyir.

Xəbər xətti