"Simurq" göndərdiyi futbolçusunu geri qaytardı

00:39 - 14 İyul 2013

Stepan Polyak yenidən Zaqatala təmsilçisində

 

"Simurq" ötən mövsümün sonunda yollarını ayırdığı daha bir futbolçusunu geri qaytarıb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak artıq komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub. 
 
Zaqatala təmsilçisinin uğurlarında böyük pay sahibi olan təcrübəli futbolçu ilə hazırlıqdan qayıtdıqdan sonra yeni müqavilə imzalanacaq.
 
Məşqçilər korpusunun qərarı əsasında geri çağrılan Stepan Polyak 2012/13-cü il mövsümündə "Simurq"un heyətində 29 qarşılaşmada 2183 dəqiqə meydanda olmuş və 4 qola imza atmışdı. Xorvatiyalı yarımmüdafiəçi nizam-intizamı ilə də diqqətdə olmuşdu. O, forma geyindiyi qarşılaşmalarda yalnız bir dəfə sarı vərəqəylə cəzalanmışdı.
 
Qeyd edək ki, Zaqatala təmsilçisi bundan öncə isə, yollarını ayırdığı Anderson Oliveyranı geri çağırmışdı. Türkiyədəki təlim-məşq toplanışında da iştirak edən braziliyalı müdafiəçi artıq komandamızla yeni müqavilə imzalayıb.

Xəbər xətti