"Real" yeni transferini təqdim etdi FOTOLAR

12:12 - 14 İyul 2013

Gənc futbolçu rəsmən Madrid klubunda
 
“Real” 38 milyon avroluq yeni transferini futbol ictimaiyyətinə təqdim edib.
 
Sportal.az xəbər verir ki, “Real Sosyedad”dan keçidi rəsmiləşən Aser İlyaramendi klubla 6 illik müqavilə imzalayıb. 23 yaşlı futbolçu ilə təqdimetmə mərasiminə qatılan prezident Florentina Peres bunları deyib:
 
“Real” bu gün əla oyunçu heyətinə qatdı. O, həqiqətən fantastik futbolçudu. 
 
Ancelottinin istəkləri üzərinə heyəti qurmağı planlaşdırırıq. Yüksək səviyyəli futbolçulardan ibarət komandaya sahibik. Amma tarixin ən yaxşı komandası olmaq üçün daha çox çalışmalıyıq”. 
 
 

Xəbər xətti