Rəşad Sadiqov: "Üstünlüyümüz sadəcə kağız üzərindədir"MÜSAHİBƏ

15:08 - 14 İyul 2013

"Qarabağ"dan daha çox uğur gözləyirəm"
 
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun Sportal.az saytına müsahibəsi
 
- Avstriyadakı hazırlıqlar necə keçdi?
- Komanda yaxşı hazırlaşdı. Çünki belə təlim-məşq toplanışında əhval-ruhiyyə həmişə yaxşı olur. Fikrimcə, “Neftçi” indin yaxşı formadadır. Bunu 17-Si Çempionlar Liqasının oyununda sübut etməyə çalışacağıq. 
 
- Komandaya bir neçə yeni futbolçu qatıldı. “Neftçi”nin kapitanı kimi onlar haqqında nə düşünürsən?
- Yeni gələn futbolçular pis futbolçular deyil. Son gündə Nfor komandaya qoşuldu. Hücumçular üçü də bir-birinə layiqli rəqibdirlər. Fikirləri futbol oynamaq olsa, onlar arasında rəqabət olacaq. Hər üçü Kanalesi əvəz edəcək səviyyədədirlər. İnanıram ki, komandaya ancaq xeyir verəcəklər.
 
- ÇL-də Albaniya çempionu “Skenderbeu” ilə qarşılaşacaqsız. Rəqibi necə dəyərləndirirsən?
- Rəqibimizi ciddiyə almaq lazımdır. Çünki onlar 3 ildir ki, ard-arda çempion olurlar. ÇL-ə çıxan heç bir rəqib zəif deyil. Bu komandalara hörmət etmək və onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Sadəcə çalışacağıq ki, mərhələni adlayaq. Öz oyunumuzu oynayaq. 
 
- Almaniya futbolu maliyyə baxımından zəif olsa da, milli komandaları öz yer aldığı qrupda DÇ-yə iddialı komandalardan biridir. Bu sizi qorxutmur ki?
- Yox, rəqibdən heç qorxmuruq. Biz Albaniya millisini məğlub etmişik. Çəkinib, qorxacağımız heç nə yoxdur. Dişimizə görə komandadır.
 
- Mütəxəssislər isə “Skenderbeu”nu “Neftçi”dən zəif rəqib adlandırırlar. Bu fikirlər razısan?
- Mütəxəssislər yəqin ki, “Neftçi”nin ötən il Avroliqanın qupuna düşməsinə görə belə fikirdədirlər. Çünki biz APOEL kimi komandanı məğlub etdik. Bizim Avropa təcrübəmiz olduğu üçün belə deyə bilərlər. Amma bu ilk mərhələdir. Həmişə ilk mərhələ həyəcanlı olur. Çünki ilk oyunlarda futbolçular öz oyununu göstərə bilmir. Çətin olacaq bu səbəbdən. Amma çalışacağıq ki, qələbə qazanaaq. Ola bilsin ki, hansısa komanda digərindən üstün görünsün. Bu sadəcə kağız üzərində belədir. İnanıram ki, biz meydanda sübut edəcəyik ki, güclüyük.
 
- Qarşınıza nə məqsəd qoyulub? ÇL-in qrupuna düşmək, ya ən azından ötənilki uğuru təkrarlamaq?
- ÇL-in qrupuna düşməyə çalışacağıq. Amma ən azından ötənilki uğurumuzu təkrarlamalıyıq. Nə dərəcədə buna nail olacağıq bunu zaman göstərəcək. Qismətimizdə varsa, ÇL-in qrupuna düşəcəyik. Ən pis halda Avroliqanın qrupunda yenidən oynamalıyıq. Çünki bu il düşməsək, tənqid oluna bilərik. Çünki hər kəs bizdən uğur gözləyir. Biz də etimadları doğrultmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Klublarımızın Avroliqadakı çıxışını izlədinmi? Nə düşünrsən digər üç komanda haqqında?
- Avstriyada Azərbaycan kanalları göstərmirdi. Oyunlara baxa bilmirdik. “Qarabağ”ın son oyununa baxdıq. Onu da internetdən izlədik. İkinci hissəyə baxdıq. “İnter”in də oyununun ikinci hissəsini izləyə bildik. “Xəzər Lənkəran”a isə ümumiyyətlə baxa bilmədik. “Qarabağ” da, “İnter”də layiqli qələbə qazanıb mərhələni adladı. Üç komandamızın üçü də ikinci mərhələyə layiq komandalar idi. Həm “Xəzər Lənkəran”, həm “Qarabağ”, həm də “İnter” rəqiblərindən həm adına, həm də oyununa görə üstün idi. Sevinirik ki, 3 klubumuz da mərhələ adladı. Təbrik edirəm hamısını.
 
- Digər klublarımızdan hansı uğuru gözləyirsən?
- Hər üçündən uğurlu nəticələr gözləyirəm. Qrupa düşməsələr belə onlardan yaxşı nəticələr gözləyirik. Ən azından reytinq xallarımızı artıra bilərik. Gələn il bu xallar hesabına daha zəif rəqiblərlə düşək. Necə deyərlər Moskva birdən qurulmayıb. Yavaş-yavaş olar. Necə ki, “Qarabağ” reytinqimizə yaxşı xallar əlavə etdi və komandalarımıza sonrakı illərdə daha zəif rəqiblər düşdü. “Qarabağ” “Rosenborq” kimi, “Visla” kimi komandaları udub növbəti ildə daha zəif komandayla qarşılaşdı. Sonra “Neftçi” xallar əlavə etdi. Yavaş-yavaş uğur qazanmaq lazımdır. Bir komandamız “play-off”a gedər, bir üçüncü mərhələyə kimi. Belə-belə yaxşı olacaq. Mənə elə gəlir ki, yaxın illərdə biz daha böyük uğurlar qazancağıq. 
 
- “Qarabağ” 3il bundan öncə Avroliqada uğur yol açdı. Həmi heyətdə sən də var idi. Amma komanda ötən il avrokuboklarda iştirak etmədi. Avrokuboklar komandası adlandırılan “Qarabağ”ın Avropada yeni səhifə açacağına inanırsan?
- Mənə elə gəlir ki, bu ildə “Qarabağ” Avropada ad qoyacaq. Çünki onların yaxşı heyəti var. Ən əsası da, həm məşqçi kimi, həm insan kimi yaxşı biri olan Qurban Qurbanov kimi məşqçiləri var. O çox yaxşı komandanı idarə edir və oyunlara yaxşı kökləyir. Rəhbərlik də onlara lazımı dəstəyi verir. Düşünürəm ki, “Qarabağ” bu ildə həmin sevinci yaşayacaq. Ən azından onlar 3 tur keçir. Keçmiş komandamdan daha çox şey gözləyirəm.
 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti