Dünya futbolunda ən çox qol vuran və ən bahalı oyunçu MARAQLI

15:19 - 14 İyul 2013

Fərqli rekordlar və uğurlar
 
Dünya futbolunda müxtəlif dövrlərdə bir-birindən maraqlı və fərqli rekordlar vurulub.
 
Sportal.az xəbər verir ki, istər azarkeş, istər milli, istərsə də futbolçu səviyyəsində maraqlı rekordlar qeydə alınıb:
 
Avropada ən çox kubok qazanan komanda
“Real”: 9 dəfə - 8 Çempionlar Liqası, bir UEFA kuboku
 
Uzun müddət qalib gələn ölkə
İspaniya: 2006-2009, 15 dəfə
 
Dünya çempionatında ən çox qol vuran futbolçu
Ronaldo: 15 qol
 
Ən çox milli komandada çıxış edən futbolçu
Əhməd Hassan: Misir, 179 oyun
 
Çempionlar Liqası oyununda ən çox qol vuran futbolçu
Lionel Messi: “Barselona” – “Bayer” (Leverkuzen) 5 qol
 
Dünya çempionatında ən tez vurulan qol
Hakan Şükür: Türkiyə - Cənubi Koreya, 11-ci saniyə
 
Ən çox azarkeş toplanan oyun
1950-ci il dünya çempionatının finalı: Braziliya – Uruqvay, 199 min 654 nəfər
 
Avrokuboklarda ən yaşlı oyunçu
2004-cü ildə Amedeo Karboni “Valensiya”nın heyətində bu ada layiq görülüb, 39 yaş
 
Dünya çempionatında ən çox forma geyinən futbolçu
Lotar Matteus: Almaniya millisi, 25 oyun
 
Ən çox dünya çempionu olan ölkə
Braziliya 5 dəfə: 1958, 1962, 1970, 1994 və 2002-ci il
 
Avrokuboklarda ən gənc oyunçu
Qari Mills: 1980-ci il 17 yaş
 
İlk milli futbol oyunu
1872-ci il: İngiltərə - Şotlandiya 0:0
 
Uzun müddət qalib gələn komanda
1971-73-cü illər “Benfika” 27 
 
Avrokuboklarda ən tez vurulan qol
Roy Makay 2007-ci il: “Bavariya” – “Real” 10-cu saniyə
 
Dünya çempionatında oynamış ən yaşlı oyunçu
1994-cü il, Rocer Milla Kamerun millisi, 42 yaş
 
Dünya çempionatında oynamış ən gənc futbolçu
1982-ci il: Norman Uaytsayd Şimali İrlandiya 17 yaş
 
Ən çox qol vuran futbolçu
Pele (Braziliya) 1279 qol
 
Ən bahalı futbolçu
Kriştianu Ronaldo (“Mançester Yunayted”dən “Real”a) 96 milyon avro
 
Uzun müddət qapısından qol buraxmayan qolkiper
Geraldo Pereyra de Matos Filho (“Vasko de Qama”) 1816 dəqiqə
 
Dünya çempionatında ən çox qol vurulan oyun
1954-cü il: Avstriya – İsveçrə (7:5) 12 qol
 
Ən çox dalbadal het-trik edən futbolçu
1998-ci il: Nakayama Masaşi 4 oyun
 
Dünya çempionatında ən fərqli qələbə
1982-ci il: Macarıstan – Salvador 10:1  

Xəbər xətti