Toşak türklər üçün möhtəşəm lənkəranlılardan danışdı

18:09 - 14 İyul 2013

"Amma biz İsrail səfərində yaxşı nəticə əldə etməyə çalışacağıq"
 
 
“Makkabi” çox ciddi rəqibdir. Amma bütün bunlar bizi geriyə addım atmağa məcbur etmir. Komandam bu səddi keçə biləcək gücə malikdir”.
 
 
Sportal.az xəbər verir ki, bu sözlər “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Benjamin Toşaka məxsusdur. Toşak İsrail səfəri öncəsi “Cihan” xəbər agentliyinin suallarını cavablandırıb.
 
Toşak bildirib ki, İsrail səfəri öncəsi komandada problemlər var: “Fasilə yeni başa çatıb. Ona görə də komandada bəzi problemlər var. Amma biz İsrail səfərində yaxşı nəticə əldə etməyə çalışacağıq. Biz səfərdə yaxşı nəticə əldə etsək, Lənkəranda möhtəşəm azarkeşlərimizin dəstəyi ilə növbəti mərhələyə adlaya bilərik”.
 
Qeyd edək ki, ilk oyun iyulun 18-də, cavab oyunu isə iyulun 25-də baş tutacaq.

Xəbər xətti