"Barselona"nın yarımmüdafiəçisi rəsmən "Bavariyada"

01:37 - 15 İyul 2013

Münhen klubu yeni futbolçusu ilə müqavilə imzaladı

 

"Bavariya" "Barselona"nın futbolçusu Tiaqo Alkantaranı transfer edib. Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi növbəti mövsüm Almaniya Bundesliqasında çıxış edəcək.
 
Klubun rəsmi saytından verilən açıqlamaya görən, Alkantara ilə dörd illik müqavilə imzalanıb. Kataloniya klubuna 25 milyon avro ödəyəcək münhenlilər futbolçunu rəsmən heyətinə qatıb. 

Xəbər xətti