"Xəzər Lənkəran" – "Fənərbaxça" qarşılaşması Türkiyə telekanalında

02:44 - 15 İyul 2013

"Ağ-yaşıllar" İstanbul klubu ilə yoxlama oyunu keçirəcək

 

İyulun 21-də "Fənərbaxça" klubu ilə “Xəzər Lənkəran” arasındakı yolama oyunu Türkiyə televiziyasında canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, Lənkəran şəhər stadionunda keçiriləcək qarşılaşmanı futbolsevərlər qardaş ölkənin “Smart Spor HD” kanalı vasitəsi ilə izləyə biləcəklər.
 
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Fənərbaxça” matçı saat 21:00-da başlayacaq.

Xəbər xətti