"Piast"ın kapitanı: Biz "Qarabağ"ı məğlub edəcək gücdəyik

10:41 - 15 İyul 2013

"Bizim Avropa Liqasında uğurlu çıxış etməyimiz üçün yetərli imkanımız var"
 
Polşanın “Piast” klubunun kapitanı Tomaş Podqorski Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyunları öncəsi fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:

“Komandamız “Qarabağ”ı məğlub edəcək gücdədi. Yeni futbolçularımız bizə bu işdə kömək etməlidilər. Bizim Avropa Liqasında uğurlu çıxış etməyimiz üçün yetərli imkanımız var”.

Qeyd edək ki, “Qarabağ”la “Piast” arasındakı ilk oyun iyulun 18-də Bakıda, cavab matçı bir həftə sonra Qlivitsedə keçiriləcək.

Xəbər xətti