"Beşiktaş"lı futbolçu "Bazel"də FOTO

12:29 - 15 İyul 2013

Argentinalı oyunçu İsveçrəyə qayıtdı
 
“Beşiktaş”ın sabiq futbolçularından Matias Delqado yenidən keçmiş komandasına qayıdıb.
 
Sportal.az xəbər verir ki, 2006-2010-cu illlərdə “Beşiktaş”da forma geyinən argentinalı futbolçu “Bazel”lə 4 illik müqaviləyə imza atıb. 
 
Qeyd edək ki, Delqado 2003-2006-cı illərdə “Bazel”in şərəfini qoruyub. Ordan da “Beşiktaş”a transfer olunub. O, “Bazel”lə meydana çıxdığı 113 oyunda 41 dəfə fərqlənib. 
 
 

Xəbər xətti