Mətbuat konfransının və açıq məşqin vaxtı açıqlandı

13:40 - 15 İyul 2013

Əvvəl "Neftçi" , sonra "Skenderbeu"

 

Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyunöncəsi mətbuat konfransı və açıq məşq olacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyevin, eləcə də futbolçular – Rəşad Sadiqov və Flavinyonun iştirakı ilə keçiriləcək mətbuat konfransı “Bakcell Arena”da sabah saat 18:30-da, açıq məşqi isə bundan yarım saat sonra, 19:00-da başlanacaq. Rəqib komanda “Skenderbeu”nun mətbuat konfransı həmin gün, eyni məkanda saat 19:30-da, açıq məşqi isə saat 20:00-da keçiriləcək.

Xəbər xətti