"Xəzər Lənkəran" Hayfada FOTOLAR

15:35 - 15 İyul 2013

Komanda ilk məşqinə çıxdı
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə oyun üçün İsrailə yola düşən “Xəzər Lənkəran” artıq Hayfadadır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Bakı vaxtı ilə saat 19.15 də Bakı-Təl-Əviv aviareysi ilə İsrailə yollanan komanda 3 saat 10 dəqiqəlik rahat uçuşdan sonra İsrailin “Ben Qurion” hava limanına enib. Burada isə "Xəzər Lənkəran" maraqlı mənzərənin şahidi olub. Belə ki, iki il bundan öncə baş verənlərdən fərqli olaraq komanda gözəl qarşılanıb.
 
Hava limanında “Xəzər Lənkəran”ın heyətinin pasport buraxılış məntəqəsindən rahat keçməsi üçün ayrıca 4 məntəqə ayrılıb. Komanda daha sonra ev sahibi komanda tərəfindən ayrılmış avtobusla polis muşaiyəti ilə məskunlaşacağı otelə - “Dan Panorama Hayfa”ya yollanıb.
 
Bu gün isə səhər saatlarında “Xəzər Lənkəran” Hayfada “Makkabi” (Hayfa) klubunun aşağı yaş qruplarının” Kezef” adlanan bazasında ilk məşqinə çıxıb. Saat yarım davam edən məşqdə futbolçular taktiki çalışmaları yerinə yetiriblər. Hazırda düşərgədə zədəli futbolçu yoxdur və komanda tam heyətlə hazırlığını davam etdirir. Sabah isə “Xəzər Lənkəran” səhər və axşam məşqləri olmaqla iki məşq prosesi keçirəcək.
 
 

Xəbər xətti