"Sumqayıt" Gürcüstanda məşqə çıxdı FOTOLAR

16:00 - 15 İyul 2013

Komanda hazırlıq keçir
 
"Sumqayıt" Premyer Liqanın 2013-2014-cü illər mövsümü üçün hazırlıq dövrünün ikinci mərhələsinə başlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Batumi şəhərində yerləşən "Arqo" otelində məskunlaşan komanda hazırlığını davam etdirir. Aqil Məmmədovun yetirmələri səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. Artıq Pərdis Fərcad-Azad da komanda ilə birlikdə hazırlaşır. Zədəli olan adıçəkilən futbolçu hələ ki fərdi məşqlərlə kifayətlənir.
 
Qeyd edək ki, Hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunda iştirak edən Anar Nəzirov və Nurlan Növruzov isə komandaya sabah qoşulacaqlar.
 

Xəbər xətti