"Sumqayıt"ın rəqibləri bəlli oldu

17:10 - 15 İyul 2013

Əvvəl "Mertsxali", sonra isə "Merani Martvili"
 
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq komandanın baş tutacaq 2 oyundakı rəqiblərin kimliyinə aydınlıq gəlib. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 17-də Gürcüstan 1-ci liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayacaq. "Sumqayıt" iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.

Xəbər xətti