"Səfərdə "Neftçi" ilə heç-heçə etsək, yaxşı olar"

18:10 - 15 İyul 2013

“Skenderbu” klubunun qapıçısı mətbuata açıqlama verdi
 
"Çempionlar Liqasında hər oyun çətin keçir. Rəqibimiz son vaxtlar xeyli inkişaf edib. Amma biz "Neftçi"yə əvvəldən təslim olmaq fikrində deyilik".
 
Sportal.az xəbər verir ki, bu sözləri Albaniyanın “Skenderbu” klubunun qapıçısı Orgis Şehi Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri oyunlar haqda danışarkən deyib.
 
35 yaşlı qolkiper sözlərinə belə davam edib:
 
"Məqsədimiz var və uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Səfər matçında heç-heçəyə nail olsa bilsək, yaxşı olar".

Xəbər xətti