Karlo Ançelotti Kakanın "Real"dakı gələcək taleyindən danışdı

01:29 - 16 İyul 2013

"Kaka nə etməli olduğunu yaxşı bilir"

 

"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti futbolçusu Kakanın klubdakı taleyindən danışıb.
 
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçiyə böyük ümidlər bəslədiyini deyən italiyalı mütəxəssis fikrini belə izah edib:
 
"Onunla danışdım və gələcəyinin öz əllərində olduğunu söylədim. Kaka nə etməli olduğunu yaxşı bilir. Mən də onun bu komandaya nələr verə biləcəyini bilirəm. Ona ümidim var".
 
Qeyd edək ki, Madrid klubunda forma şansı əldə edə bilməyən 31 yaşlı futbolçunun klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Xəbər xətti