"Tromse" - "İnter" matçının biletləri artıq satışda

02:58 - 16 İyul 2013

Təmsilçimiz Norveç klubu ilə qarşılaşacaq

 
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tromse” – “İnter” matçının biletləri satışa çıxarılıb.
 
Sportal.az xəbər verir ki, iyulun 18-də “Alfheym” stadionunda baş tutacaq qarşılaşma üçün artıq biletlərin qiyməti də bəlli olub. Norveç klubunun rəsmi saytının məlumatına görə, biletlərin qiyməti 50 - 150 krondur (Norveç milli pul vahidi).
 
Qeyd edək ki, iyulun 18-də keçiriləcək bu komandaların oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Xəbər xətti