"Xəzər Lənkəran" üçün iki xoş hadisə

11:55 - 16 İyul 2013

Sevincli xəbər İspaniyadan gəldi
 
Hazırda İsrailin Hayfa şəhərində “Makkabi” (Hayfa) ilə oyuna hazırlaşan “Xəzər Lənkəran”ın düşərgəsində iki xoş hadisə qeyd olunur.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün komandanın yarımmüdafiəçisi Adrian Pitin doğum günüdür. 30 yaşını qeyd edən Piti komanda yoldaşları təbrik etməyə hazırlaşdığı bir vaxtda digər sevincli xəbər İspaniyadan gəlib. Axşam saatlarında ispaniyalı müdafiəçi Alvaro Silvanın oğul övladı dünyaya gəlib.
 
Hər iki futbolçunu təbrik edir, həyat boyu xoş xəbərlər almağı arzulamaqla yanaşı peşəkar futbolçu karyeralarında da uğurlar arzulayırıq.

Xəbər xətti