"Rəvan" artıq Sloveniyadadır

13:51 - 16 İyul 2013

Vyanaya çatan komanda Mariborun yolunu tutdu
 
Yeni mövsüm üçün çalışmalarına davam edən "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində artıq Sloveniyadadır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 nəfərlik komanda heyətində 18 futbolçu yer alıb.
 
Komanda iyulun 14-də Bakı vaxtı ilə saat 18:00-da uzun yolçuluğa start verib. 4 saatlıq təyyarə uçuşundan sonra Avstriyanın paytaxtı Vyanaya çatan heyət üzvləri Motsart, Bethoven və s. kimi dahilərin vətənində bir qədər dincəldikdən sonra hazırlığın baş tutacağı Mariborun yolunu tutub. Komanda Sloveniyanın adıçəkilən şəhərinin komanda üçün baza kimi nəzərdə tutulan hissəsinə - "Draş Center Hotel”ə isə yerli vaxtla saat 00:00-da çatıb
 
Qeyd edək ki, bu günə komandanın 2 məşqi nəzərdə tutulub.

Xəbər xətti