"Qarabağ" - "Pyast" matçının biletləri satışa çıxdı

14:14 - 16 İyul 2013

Oyunun biletlərini stadionun kassalarından əldə etmək olar

 

İyulun 18-də Avropa Liqasının II mərhələsində "Qarabağ" Tofiq Bəhramov stadionunda Polşa təmsilçisi "Pyast" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, artıq matçın biletləri satışa çıxıb. Belə ki, biletlərin qiyməti 1-20 manat arasında dəyişir. Ağdam təmsilçisinə dəstək olmaq üçün azarkeşlər biletləri Tofiq Bəhramov stadionunun qarşısında yerləşən kassalaradan əldə edə bilərlər.

 

Qeyd edək ki, "Qarabağ" - "Pyast" oyunu iyulun 18-də saat 21:00-da baş tutacaq.

Xəbər xətti