"Xəzər Lənkəran" Raulu transfer edir

14:49 - 16 İyul 2013

"Ağ-yaşıllar" Rumıniyadan futbolçu alır
 
Junior Nildo, Zohair Benuahi, Nikolo Qliqorov və Rasim Ramaldonovu heyətinə qatan "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Cənub təmsilçisinin hədəfində olan futbolçulardan birinin adını dəqiqləşdirə bilmişik.
 
Sportal.az xəbər verir ki, bu, Rumıniya "Vasluy"un üzvü Raul Kostindi. 28 yaşlı müdafiəçi yaxın günlərdə real təklif aldığı "Xəzər Lənkəran"la müqavilə imzalayacaq.
 
Kostin bu yaxınlarda rumın klubu ilə müqavilə bağlasa da, sonradan müəyyən problemlər ortaya çıxıb. Nəticədə "Vasluy"la yollarını ayıran rumın futbolçu Azərbaycana gəlməyə hazırlaşır.
 
Qeyd edək ki, Kostin 2009-cu ildən "Vasluy"da çıxış edirdi. Buna qədər isə Buxarest "Nasional"ı, "Sibiu", "Daçiya" (Mioveni) klublarının şərəfini qoruyub.
 
mənbə: Sportinfo.az

Xəbər xətti