"Neftçala"nın baş məşqçisi: "Onlar I divizionda çıxış etsə,..."

16:03 - 16 İyul 2013

Bəhram Şahquliyev: "Ən azından doğru qərar iki komandanın çıxması olardı"

 

“İki komanda olsa, daha yaxşı olardı, amma bu da olubsa, buna da min şükür. Yaxşı baxıram. Ən azından doğru qərar iki komandanın çıxması olardı".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçala"nın baş məşqçisi Bəhram Şahquliyev deyib. Şahquliyev komandasının hazırlıqlarının tam qaydaslnda getdiyini də bildirdi:

 

“Araz” da istəyir ki, I divizionda çıxış etsin. Onlar çıxış etsə, biz gedib oynayacağıq və maraqlı çempionat olacaq. Komandamızın hazırlıqları plan üzrə gedir. Futbolçularımızda biraz isti havalarla bağlı problemlər olur. Bu da normaldı. Çünki gündə iki dəfə məşq edirik,iştahları olmur, amma hazırlıqlarımız tam qaydasında gedir. Ayın 21-i təlim-məşq toplanışı üçün Qusara yola düşürük. Bir həftədən sonra qayıdıb Türkiyəyə səfərə getmək istəyirik. Sabah AZAL-la yoldaşlıq oyunu keçirdəcəyik”.

Xəbər xətti