"Real"ın müdafiəçisi "Napoli"yə keçdi

16:39 - 16 İyul 2013

Raul Albiol Madriddən getdi
 
İspaniya millisinin və “Real”ın müdafiəçisi Raul Albiol karyerasını İtaliyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, ispan futbolçu Madrid klubunu “Napoli”yə dəyişib. Neapol təmsilçisi bu transfer üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək. 
 
“Napoli”nin baş məşqçisi Rafael Benites yeni futbolçusunu yüksək qiymətləndirib və onun komandaya çox faydalı olacağını deyib. 
 
Qeyd edək ki, Albiol 2009-cu ildən “Real”ın uğurları üçün çalışır. 

Xəbər xətti