"Simurq"-"Olimpiakos" qarşılaşması canlı yayımlanacaq

17:50 - 16 İyul 2013

Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq

 

Avstriyada hazırlıqlarını davam etdirən “Simurq”un bu gün “Olimpiakos”la keçirəcəyi yoxlama oyunu Yunanıstanda canlı göstəriləcək.

 

Sportal.az xəbər verir ki, Pirey klubunun Avstriyadakı matçlarını vermək hüququ olan “NovaSports1” bu görüşü canlı yayınlayacaq.

 

Qeyd edək ki, “Simurq” – “Olimpiakos” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qarşılaşma Avstriyanın Svats qəsəbəsindəki meydançada baş tutacaq. 

Xəbər xətti