"Qoy rəqib fikirləşsin ki, "Neftçi"yə qarşı necə oynayacağıq" VİDEO

18:45 - 16 İyul 2013

Böyükağa Hacıyev: "Biz stabil heyətlə çıxış etdik"
 
 
Sabah "Neftçi" Çl-da Albaniya "Skenderbeu"su ilə qarşılaşacaq. Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Böyükağa Hacıyev oyundan qabaq mətbuat konfransında bunları dilə gətirib:
 
"Əlbəttə, rəqibi öyrənmişik. Rəqiblə tanışlığımız var. Məşqçilərimiz onların oyunlarını izlədi. Rəqibə hörmət qoyuruq, rəqibə hörmət qoymasaq özümüzə hörmət qoymarıq. Rəqib güclü müdafiə xəttinə malikdir. Rəqib hansı taktika ilə oyunuyacaq, biz öz taktikamızla oynuyacıq. Qoy rəqib fikirləşsin ki, "Neftçi"yə qarşı necə oynayacağıq. Avstriyada əsasən fiziki məşqlərə üstünlük verdik. Düzdür, bəzi oyunçuların narazılığı oldu. Komandada yorğunluq var idi. Mənim vaxt məhdudiyyətim var idi. Ona görə, birinci və ikincihəftə komandaya istirahət verilmədi.
 
 Bu fiziki hazırlıq lazım idi. Çünki, keçən il də komanda Antalya toplanışından sonra 50 oyun keçirdi. Və biz stabil heyətlə çıxış etdik. Mən çalışıram ki, komandada oyunçular istənilən ampulada çıxış etsin. Məsələn, Kardozo müdafiənin istənilən xəttində oynaya bilər. Yalnız transferlərimizdən Melvin Platye sırf hücumçudur. Onun da biraz komandaya adaptasiya uyğunluğa ehtiyac var. Sabah çıxıb öz oyunumuzu oynayıb və qələbə qazanacağıq. Sabah meydanda köhnə qvardiyadan olan futbolçulara yer verəcəm. "

Xəbər xətti