"Simurq" "Olimpiakos"la bacarmadı

22:46 - 16 İyul 2013

Təmsilçimiz meydandan məğlub ayrıldı

 

Avstriyada təlim-məşq toplanışında olan "Simurq" bu gün həmin ölkədə ilk yoxlama oyununa çıxıb.


Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisi Yunanıstanın "Oimpiakos klubu ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:30-da başlayan qarşılaşmada Georgi Çixradzenin komandası 1:2 hesabı ilə məğlub olub.


Qeyd edək ki, "Simurq" Türkiyə toplanışı zamanı daha üç yoxlama oyunu keçirib. Gürcüstanın "Dila" klubu ilə iki dəfə qarşılaşan "Simurq" hər iki oyunda bərabərə qalıb - (3:3), (1:1). Nalçik "Spartak"ına isə 0:1 hesabı ilə uduzub.
 
 

Yoxlama oyunu

16 iyul



20:30. "Simurq" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 1:2
Qol: D.Zrnanoviç, 47

Xəbər xətti