"Bakı" darmadağınla üzləşdi

23:57 - 16 İyul 2013

"Zolaqlılar"ın ilk məğlubiyyəti

 

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu bu gün dördüncü yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz bu dəfə Serbiyanın "Donji Srem" klubu ilə üz-üzə gəlib. Meydandan 1:4 hesabı ilə məğlub ayrılan paytaxt klubu hazırlıq matçlarında ilk məğlubiyyətini alıb.

 

Qeyd edək ki, "Bakı" daha öncə keçirdiyi hər üç oyunda qələbə qazanıb. İlk görüşdə "Helqamor"la qarşılaşan "zolaqlılar" rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Paytaxt təmsilçisi daha sonra "Penik"ə 8:0, SPİNS klubuna isə 2:1 hesabı ilə qalib gəlmişdi.

 

Yoxlama görüşü
16 iyul

 

"Bakı" (Azərbaycan) – "Donji Srem" (Serbiya) - 1:4

Xəbər xətti