Emin Abbasov "Dinamo"nun Futbol Akademiyasına gedəcək FOTOLAR

02:29 - 17 İyul 2013

"Qarabağ"ın rəsmisi Gürcüstanda

 

“Qarabağ” klubunun bütün yaş qrupları üzrə koordinatoru Emin Abbasov Gürcüstandadır.

 

Sportal.az xəbər verir ki, Star FM radiosunun qonağı olan Abbasov daha sonra Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Dinamo” – “Streymur” matçını izləyib.

 

Gürcüstanın  Dialoq və İnkişaf Fondunun təşkilati dəstəyi ilə keçirilən səfər çərçivəsində Abbasov açılışı yeni olan “Dinamo” Futbol Akademiyasına baş çəkəcək. “Dinamo” Akademiyasının rəhbərliyi ilə görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

 

Xəbər xətti